Allah-Taalaya şükür edirik ki, sevgili məmləkətimizdə Doktor Mövsüm Səmədov kimi bir insan var. Soruşursunuz ki, necə insandır? Bundan ötrü onunla ünsiyyətdə olmaq, yoldaşlıq etmək ən yaxşı yoldur. Çünki Azərbaycan adlı məmləkətdə Allahın sevimli bəndəsini terrorçu, narkoman kimi təqdim etmək adi iş olub. Elə bil ki "yüz eşitməkdənsə bir görmək yaxşıdır” məsəli Azərbaycan üçün deyilib. Bu ölkədə ən pis adamın prezident administrasiyasında, ən yaxşının isə həbsxanada olması normal haldır. Doktor Səmədov ali tibbi və dini təhsil alıb, Azadlıq hərəkatında iştirak edib, İslam Partiyasının sədri seçilib. Sonda Azərbaycan Respublikasının prezidenti postunu tutmuş İlham Əliyevi tənqid etdiyi üçün şərlənərək 12 il azadlıqdan məhrum edilib.