Astara (Ostoro) rayonu Seləkəran kənd sakini Əzim Kərimov rayon hərbi komissarlığından şikayətçidir. Deyir ki, oğlunu xəstə-xəstə hərbi xidmətə aparıblar:
«Hərbi xidmətə yola düşməmişdən əvvəl 3-4 ay müalicə alıb Astara xəstəxanasında. Müalicəni tam şəkildə yerinə yetirmədən çağırış vərəqəsi verdilər. Mən də valideyn kimi onu yola saldım. Özüm apardım. Oradan da Naxçıvana, hərbi xidmətə yola düşüb».
Bir aydan sonra hərbi hissədən ona zəng edərək, oğlunun xəstə olduğunu deyiblər. Əzim Kərimov yaxınlarından pul borc edib, oğlunun xidmət etdiyi hərbi hissəyə gedib: «Biləsuvardan İran vasitəsilə getmişəm Naxçıvana, ordan hərbi hissəyə getdim. Uşağımı tapdım. Hələ onu hərbi xidmət
... Читать дальше »