Sentyabrın 8-də «Xural» qəzetinin Talış regionu üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib. Bu barədə AzadlıqRadiosuna Lankon şəhər polisindən məlumat verilib. O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Polisdən verilən məlumata görə, Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı AzadlıqRadiosuna deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub.
Dediyinə görə, sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-ı axşam görüşüb:
«Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı məni şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yol pulumu da o
... Читать дальше »