Главная » 2011»Август»23 » “Eurovision”un icraçı prodüseri Bakıda evlərin sökülməsindən narahatdır
18:38
“Eurovision”un icraçı prodüseri Bakıda evlərin sökülməsindən narahatdır
Norveçdə səfərdə olan hüquq müdafiəçisi Leyla Yunus beynəlxalq ictimaiyyəti Bakıda evlərin qanunsuz sökülməsi faktları barədə məlumatlandırır (Xüsusən, Neftçilər prospekti 61, 62 ünvanındakı evlər nəzərdə tutulur. Hakimiyyət onların yerində mahnı müsabiqəsi üçün səhnə tikmək istəyir).
Dünən L.Yunus bu barədə "Eurovision” müsabiqəsinin icraçı prodüseri Yon Ola Sanda (Head of EBU Jon Ola Sand) (foto) məlumat verib.
Hüquq müdafiəçisinin Turana verdiyi məlumata görə, Bakıda sakinlərin evlərinin "Eurovision” müsabiqəsinin keçirilməsi üçün sökülməsi haqqında məlumat müsabiqə nümayəndəsinin narahatlığına səbəb olub.
"O deyib ki, bu, onlar üçün çox əhəmiyyətli məlumatdır və o, eşitdiklərinə çox təəssüf edir. Bir müddət sonra Sandın ofisindən mənə zəng edərək, baş verənlər barədə ətraflı məlumat göndərməyi xahiş ediblər”, deyə L.Yunus Turan agentliyinə bildirib.
Müsabiqə təşkilatçılarının baş verənlərə biganə qalmayacağını və şəhər sakinlərinin hüquqlarının bu şəkildə pozulması ilə bağlı fikirlərini bildirəcəklərini gözləmək olar.