Talış regionun bir qrup ruhani və dindarları Azərbaycanda islamafobiya və inanclı insanlara qarşı gedən zorakılıq, represiya, şərlənərək həbs olunma, din xadimlərinin və inanclıların inancına görə təqib və müxtəlif bəhanələrlə həbs olunmasına öz etirazlarını bildirmək üçün Vəhdət məclisində bir araya gəliblər. Quran tilavəti ilə başlayan vəhdət məclisində, Talışdan olan ruhani və dindarlar haqq tərəfdarı, ədalət tərəfdarı olduğu və heç vaxt zülmə boyun əymədiyi üçün Həzrəti Əlini özlərinə nümunə qərar verdiklərini bildiriblər.
Ruhanilər bildirblər ki, "Nəhcül Bəlağədə 373-cü kəlamda buyurulub - Əmr be mərufun ən böyük mərhələsi budur ki, Zalim hökumətin qabağında haqq sözü deyəsən. Bu günkü gündə görürük ki, bizim əziz möminlərimizi müxtəlif
... Читать дальше »