Vəkil Elçin Namazov islam-azeri.az saytının baş redaktoru Ramin Bayramovun həbsini ciddi qanun pozuntusu hesab edir.
Vəkilin Turan-a daxil olan açıqlamasında deyilir ki, Bayramovun üzərində və evində aparılan axtarışın nəticələrinə dair protokol saxtalaşdırılıb.
O, Ramazan ayında dindar şəxsin narkotik maddə saxlamaqda ittiham olunmasını absurd hesab edir və bunu nəinki "qanunsuzluq, həm də əxlaqsızlıq” kimi qiymətləndirir.