Diyarbakırda fövqəladə toplantı keçirən "Demokratik Toplum Konqresi” (DTK) demokratik muxtariyyət elan etdiklərini açıqlayıb. DTK rəhbərinin müavini Aysel Tuğluk muxtariyyətin elanını "Beynəlxalq insan haqlarının verdiyi hüquqlar, ortaq vətən anlayışı əsasında, ərazi bütövlüyünə və demokratik millət anlayışına, Türkiyədə yaşayan xalqlarının milli bütövlüyünə bağlı qalan Kürd xalqının demokratik muxtariyyətini elan edirik” deyə bildirib.
DTK-nın Diyarbəkirdə keçirilən toplantısında qurumun sədri Əhməd Türk, müavini Van Millət vəkili Aysel Tuğluk, millət vəkilləri Sabahat Tuncel, Bengi Yıldız, Leyla Zana, Nursel Aydoğan, Demir Çelik, Əminə Ayna, Adil Kurt, Altan Tan və başqa tanınmış kürd similar iştirak edib. Toplantıya PKK terror təşkilatının lideri Abdulla
... Читать дальше »