«Daşınmaz əmlakımı sənədləşdirmək üçün məndən 167 manat tələb etdilər. Bunun 85 manatını banka ödəmişəm. Deyirlər ki, 85 manat rüsumdur, 82 manat xidmət haqqı. İki ayın pensiyasını verməli olacağam».
Bunu Astara (Ostoro) şəhər sakini Amil Məlikov deyir. O qeyd edir ki, yaşadığı ev 60-cı illərdə tikilib, ata evidir. Həyətyanı sahəsi də atasından ona qalıb: «ŞİKAYƏT ETDİM, NƏTİCƏSİ OLMADI»
«Bizdən tələb olunan pul çoxdur. Şikayət etdim, lakin nəticəsi olmadı. Pensiyanı alanda qalan pulu ödəməli olacağam».
Adının çəkilməsini istəməyən digər Astara şəhər sakini isə bildirir ki, 6 sot həyətyanı torpağı sənədləşdirmək üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lankon ərazi idarəsinin rayondakı nümayəndəliyinə müraciət edib.
... Читать дальше »