Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braun Talışa səfəri çərçivəsində reqionun KİV-nin nümayəndələrilə görüşüb.
Görüşdə Talışın həm çap, həm də elektron KİV-ni təmsil edən, habelə reqionun müxtəlif şəhər və rayonlarında akreditə olunmuş informasiya resursların nümayəndələri iştirak etmişlər. Böyük Britaniya səfiri reqion KİV-nin ümumi vəziyyəti, onların maliyyə problemləri, fəaliyyətlərinin təminatları və şəraitilə maraqlanmışdır.