Qurum Azərbaycanda döyülən əcnəbi jurnalist və insan haqları fəalı ilə bağlı narahatlığını bildirir
"Freedom House” Azərbaycanda amerikalı jurnalist və britaniyalı insan haqları fəalına amansız hücumdan hiddətləndiyini bildirib.
Təşkilat dünən yaydığı bəyanatda Azərbaycan hakimiyyətini təcili olaraq hücumu pisləməyə və günahkarları tapmaq üçün araşdırma aparmağa çağırıb.
Müstəqil jurnalist Amanda Erickson və Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun nümayəndəsi Selia Davies ötən çərşənbə günü evlərinə gedərkən, döyülmüşdülər.