Likdə (Lerik) yaşı 5000 ilə yaxın olan daş tapılıb. Daş üzərində mixi işarələri ilə həkk olunan yazılar var. Daş rayonun Blaband kənd orta məktəbində, Əliheydər Əliyevin yaratdığı şəxsi muzeydəki 3500-ə yaxın eksponatın sırasına qatılıb.
Tarixçi etnoqraf Həşim Kəlbiyev də, tapılan daşın üzərindəki yazıların mixi yazılara bənzədiyini bildirir.
Bu yazıların Talışda tapılması onu söyləməyə imkan verir ki, ən azı 5000 il bundan əvvəl talışların mixi yazıların vətəni olan Mesopotamiya ilə ictimai-siyasi, mədəni, ticarət əlaqələri olub. Yox, əgər bu yazı elə burda işlənibsə, çox ehtimal ki, yerli əhali mixi əlifbasından istifadə edib və bu işarələrlə öz fikirlərini ifadə etməyi bacarıblar.
Amma hər halda, son söz obyektiv mixişünasla
... Читать дальше »