Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, "Tolışi-Sədo” ("Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Mərhum jurnalistin vəkili Ramiz Məmmədovun bildirdiyinə görə, prosesin təxirə salınmağına səbəb qarşı tərəfin prosesə qatılmaması olub və hakim Dəmirov prosesi 13 aprel saat 12:30-a təyin edib.
Xatırladaq ki, N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü ("Dövlətə Xəyanət”) maddəsi ilə 10
... Читать дальше »