Astara gömrüyündə yeni qayda tətbiq edilib. İrandan qayıdan hər bir şəxs özü ilə 10 kiloqram yük gətirə bilər. Əlavə gətirilən hər kiloqram yük üçün 20 qəpik rüsum tələb olunur.
Astara şəhər sakini Fəzail Məmmədov deyir ki, kənd təsərrüfatı məhsullarına böyük ehtiyacları var:
«İranda bu məhsullara pul verib alırıq. Əslində, bunun iranlılara daha çox xeyri var. Bir neçə aydan sonra özümüzdə kənd təsərrüfatı məhsulları yetişəcək. Onda bu məhsullara ehtiyac olmayacaq. Astara gömrükxanasında məhsulların gətirilməsinə məhdudiyyətlərin qoyulmasını başa düşmürəm».
Sabiq gömrük xidməti kapitanı Elman Hüseynovun fikrincə isə, Astara gömrüyündə belə bir qaydanın tətbiqi qanunsuzdur. Gömrüklə bağlı heç bir qanunda 10 kiloqram yük söhbə
... Читать дальше »