Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə dünya ölkələrində mətbuata hücumlarla bağlı hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində keçən ilin əsas hadisələri kimi Avropa Məhkəməsinin Eynulla Fətullayevin azad edilməsi haqda qərar çıxarmasına baxmayaraq, hökumətin onu həbsdə saxlamağa davam etməsi və mühüm məlumatların veb səhifələrdə yerləşdirildiyi zaman xəbər saytlarına blok qoyması qeyd edilir.
Hesabatda deyilir ki, Fətullayevin bəyanatını nəşr etdikdən sonra dörd jurnalist təhlükəsizlik xidməti orqanlarının işçiləri tərəfindən sorğu-sual edilib.
Jurnalistləri Müdafiə Komitəsi qeyd edir ki, prezident İlham Əliyevin avtoritar hökuməti müstəqil jurnalistləri susdurmaq üçün həbslər və cəzasızlıq atmosferindən istifadə edib. Strate
... Читать дальше »