The Telegraph qəzeti Wikileaks saytının Azərbaycanla bağlı yeni sənədlər açıqladığını yazıb, Kəmaləddin və Tale Heydərovlar məlumatları təkzib edib.
Amerikanın Səsinin verdiyi məlumata görə, Böyük Britaniyanın The Telegraph qəzeti Wikileaks saytının Azərbaycanla bağlı yeni sənədlər açıqladığını yazıb. "Villiam, Henri və Azərbaycanın Abramoviçi” adlı yazıda ABŞ rəsmilərinin sənədlərinə istinadla deyilir ki, şahzadə Villiam və Henri zəngin ailədən olan milyarder gənclə dostdurlar.
"Şəhzadələr 25 yaşlı Tale Heydərova 2009-cu ildə Qlouçesterdə Beaufort Polo Klubunda təşkil olunan qlamur xeyriyyə matçında təqdim olunub. Orada onlar Şahzadə Xeyriyyə Fondu üçün pul toplanılması məqsədilə Azərbaycanda matç keçirilməsini müzakirə ediblər.