Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Январь » 2 » 2010-cu il: kimə azadlıq, kimə qandal
18:57
2010-cu il: kimə azadlıq, kimə qandal
Novruzəli Məmmədovun ölümünün əsl səbəbi açılmadı

- Fətullayev, əvvəllər məhkum olunmusunuz?

Eynulla Fətullayev:

- Üç dəfə. Bu, dördüncüdür.

EYNULLA FƏTULLAYEV YENƏ MÜTTƏHİMLƏR KÜRSÜSÜNDƏ

"Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru, həbsdə olan Eynulla Fətullayev yola saldığımız 2010-cu ilin hələ aprel ayında Qaradağ rayon Məhkəməsi qarşısına çıxarılarkən bu ili də həbsdə qalacağını proqnozlaşdırmışdı. Proqnozları özünü doğruldu.

Qaradağ rayon Məhkəməsi onu narkotik maddə əldə edib saxlamaqda təqsirli bilərək 2 il 3 ay müddətinə məhkum etdi. Ancaq buna qədər Eynulla Fətullayev artıq 8 il yarım müddətinə məhkum olunmuşdu və narkotik maddə ittihamı da ona 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkərkən verilmişdi. Narkotik maddənin üstünə atıldığını bildirən Eynulla Fətullayev ilin demək olar ki, bütün aylarını saxlandığı Bakı İstintaq Təcridxanasından məhkəmə zallarına gətirildi.

Narkotik ittihamı ilə bağlı Qaradağ rayon Məhkəməsində keçirilən hazırlıq iclasından təqribən 2 həftə sonra – aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını və Azərbaycan hökuməti tərəfindən ona təzminat ödənilməsi barədə qərar çıxardı. Buna baxmayaraq, aprelin 26-da məhkəmə baxışı başladı.

Eynulla Fətullayev hakimdən dəfələrlə Avropa Məhkəməsinin qərarını icra etməsini xahiş edirdi:

"Hörmətli sədr, mən məhkəmədən, eyni zamanda Azərbaycan hakimiyyətindən dərhal azadlığa buraxılmağımı tələb edirəm. Çünki bu, Avropa Məhkəməsinin də tələbidir”.

Hər məhkəmə iclasında Eynulla Fətullayev tərəfindən səslənən xahişlər hər dəfə hakim İsmayıl Xəlilov tərəfindən eyni cavablandırılırdı: "Mən yalnız narkotik maddə ittihamı üzrə işə baxıram”.

İyulun 6-da isə məhkəmə öz hökmünü çıxartdı və Eynulla Fətullayev növbəti dəfə 2 il 3 ay müddətinə məhkum edildi. Jurnalist məhkəmə hökmünə münasibətini belə bildirdi: "Şou davam edir”.

EYNULLA FƏTULLAYEV APELLYASİYA MƏHKƏMƏSİNDƏ

Eynulla Fətullayev məhkəmə hökmündən apellyasiya şikayəti verdi və apellyasiya şikayəti üzrə baxış hələ də başa çatmayıb.

Azərbaycan hökuməti Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı çıxardığı qərardan Böyük Palataya müraciət etsə də, Böyük Palata müraciətə baxmadı. Odur ki, hökumətin üzərinə qərarı icra etmək öhdəliyi düşdü. Noyabrın 11-də qərarın icrası ilə bağlı Ali Məhkəmənin Plenumu keçirildi. Plenum Eynulla Fətullayev barəsində əvvəlki hökmləri ləğv etsə də, vergidən yayınma ittihamı ilə bir neçə il əvvəl verilmiş 2 aylıq şərti cəzanı 2 il 3 ay müddətə həbslə əvəz etdi. Ancaq Plenum iclasında çıxarılmış qərarla bağlı Ali Məhkəmənin sonradan yaydığı məlumatda bəlli oldu ki, Plenumun qərarı dəyişdirilib.

Qərarda göstərilib ki, Daxili İşlər Nazirliyinin iddiası əsasında bir neçə il əvvəl aldıgı 1 aylıq cəza 2 il 3 ay həbs cəzası ilə əvəz olunur. Vergidən yayınma ilə bağlı hökmün dəyişdirilməsindən isə qərarda əsər-əlamət yox idi. Eynulla Fətullayev təkrar Avropa Məhkəməsinə müraciət edib.

Beləliklə də həbsdə qalan Eynulla Fətullayev təzə ilə də məhkəmələrlə qədəm basdı.

2010-CU İL BLOQQERLƏRƏ DÜŞƏRLİ OLDU

2010-cu il gənc bloqqerlər Adnan Hacızadəylə Emin Milliyə düşərli oldu. Onlar ilin sonuna ay yarım qalmış azadlığa buraxıldılar. Buna qədər isə Adnan Hacızadə ona təyin olunmuş cəzanın yarısını çəkdiyinə görə cəzanın qalan hissəsindən şərti azad olunması ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə onu azad etməmişdi. Adnan Hacızadə məhkəmənin qərarından apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı. Ondan bir gün sonra Emin Milli də azadlığa çıxdı.

Gənc bloqqerlər xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurdular. Məhkəmənin hökmü ilə Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il müddətinə həbs cəzası kəsilmişdi. Gənc fəallar həbslərinin sifarişli olduğunu iddia edirdilər.

NEFT AKADEMİYASINDAKI QƏTLİAMIN DÜYÜNÜ AÇILMADI

"Qoy dövlət eşitsin, bütün dünya eşitsin, ey ana-bacılar, üzümü sizə tuturam, Quran gətirmişəm, namaz qılan adamam, 10 ildir namaz qılıram, ey ana-bacılar, ölən balalarınızın məzarına and olsun, bu cinayətdən mənim xəbərim yoxdur. İşgəncə altında qalmışam, inanın”.

İlin səs-küylü məhkəmələrindən biri də 2009-cu ilin aprel ayında Neft Akademiyasında baş vermiş qətliama görə quruldu. Bu cinayətdə təqsirləndirilənlər Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov və Ariz Qabulov məhkəmənin sonuna qədər təqsirli olmadıqlarını, etirafedici ifadələri isə işgəncələr altında verdiklərini deyirdilər:

"Məni 3 gün lüt vəziyyətdə göydən asıblar, möhtərəm hakim. Cinsiyyət orqanıma tok veriblər, bunu Allah götürməz axı, möhtərəm hakim”.

Hər məhkəmə iclasında təqsirləndirilənlər üzlərini qətlə yetirilənlərin ailələrinə tutaraq "cinayətkarları başqa yerdə axtarın, bizim bu cinayətdən xəbərimiz yoxdur” deyirdilər, işgəncələrdən danışırdılar. Məhkəmə prosesinin sonuna yaxın hakim məhkəmə tibbi ekspertizası təyin etdi, lakin məhkəməyə təqdim olunan rəydə işgəncə halları təsdiq edilmədi. Avqust ayında məhkəmə Nadir Əliyevi, Cavidan Əmirovu və Nəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum etdi.

Bu şəxslər 2009-cu ilin aprel ayının 30-da Neft Akademiyasında Fərda Qədirov tərəfindən törədilən qətliamda onunla əlbir olmaqda təqsirli bilinirdilər. Həmin qətliamda 12 nəfər odlu silahla qətlə yetirilib, 20-dən artıq insan yaralanıb. Fərda Qədirovun qətliamı törədəndən sonra hadisə yerində özünü də öldürdüyü bildirilir.

İttiham aktında cinayətin sifarişçisi və təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilsə də, hakim bildirirdi ki, Qumaşyanla bağlı cinayət işi ümumi işdən ayrılaraq onun həbs olunması üçün Gürcüstan hökumətinə göndərilib və İnterpol Qumaşyanı axtarır. Vəkillərsə deyirdilər ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qumaşyanla bağlı İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib.

NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNÜN ƏSL SƏBƏBİ AÇILMADI


2010-cu ildə Nəsimi rayon Məhkəməsində "Talışi-Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin iddiası üzrə məhkəmə də keçirildi.

Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov Penitensiar Xidmətin hərəkətsizliyi və yaşama hüququnu pozması ilə bağlı dəyən ziyanın qarşılığında 3 milyon manat tələb edirdilər.

Onlar hesab edirdilər ki, Novruzəli Məmmədov həbsdə qaldığı 15 saylı cəza çəkmə müəssisəsində düzgün müalicə olunmayıb və bu səbəbdən 2009-cu ilin 17 avqustunda vəfat edib.

Lakin məhkəmə iddianı təmin etmədi. Mərhumun ailəsi sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət etsə də, şikayətləri təmin olunmadı.

RAİL RZAYEVLƏ BAĞLI İKİ MƏHKƏMƏ

Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, yaşadığı evin yaxınlığında qətlə yetirilmiş general-leytenant Rail Rzayevlə bağlı 2010-cu ildə iki məhkəmə quruldu. Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun mühakiməsi başlandı. Xeyli müddət qanunsuz saxladıqdan sonra ona qarşı narkotik maddə əldə edib saxlama və saxta sənəd hazırlama ilə baglı ittiham irəli sürülmüşdü. O elə bu ittihamla da həbs cəzası aldı.

Noyabrın 1-də isə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımova, köməkçisi Aydın Rəfiyevə və sonuncunun oğlu Anar Rəfiyevə hökm oxundu. Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov 7 il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə iclaslarının çoxu qapalı keçirildiyindən ictimaiyyət orada araşdırılanlardan xəbər tuta bilmədi.

İttihama görə, onlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

DİNDARLAR MƏHKUM EDİLDİLƏR

2010-cu ildə dəmir barmaqlıqlar dindarlardan da yan ötmədi. Yasamal rayon Məhkəməsində fevralın 13-də Bakıda icazəsiz aksiya zamanı həbs edilən 5 nəfər dindarın işi üzrə məhkəmə prosesi keçirildi. Xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunan Elçin Abbasov və Seymur Hüseynov 4 il, Elmar Səmədov, Ağaəli Yəhyayev və Bilal Əhmədov isə 4 il yarım azadlıqdan məhrum olundular.

VƏ... "AYI MƏHKƏMƏSİ”

Və nəhayət, ilin sonuna bir neçə gün qalmış Yasamal rayon Məhkəməsində ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.

İddiaya səbəb "Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında "Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıdır. Məqalədə qeyd olunur ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirərək kabab bişirtdirib.

İndi nazir oğlu mənəvi zərərə görə qəzetlərin hər birindən 250 min manat təzminat istəyir. Nazir oğlunun iddiasının təmin olunub-olunmayacağı isə təzə ildə keçiriləcək məhkəmə prosesinin yekununda bəlli olacaq.

Esmira Cavadova,
AzadlıqRadiosu

Категория: İnsan hüquqları | Просмотров: 1573 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus